Martın 28-də Stereohall Bakıda K-Pop sevərləri üçün möhtəşəm bir gecəyə ev sahibliyi edəcək! Cənubi Koreyanın məşhur K-Pop sənətçisi, keçmiş 24K qrupunun üzvü və solo karyerası ilə böyük uğur qazanan KISU Bakıda canlı konsert proqramı ilə çıxış edəcək.
Sevilən “Boyfriend”, “Beautiful” və “Will Be Fine” kimi hit mahnıları ilə pərəstişkarlarının qəlbini fəth edən KISU üç saatlıq canlı performansı ilə tamaşaçılara unudulmaz anlar yaşadacaq. Onun güclü vokalı, səhnədəki enerjisi və fanatları ilə yaxın ünsiyyəti konserti daha da möhtəşəm edəcək.
Bununla da gecə bitmir! Konsertdən sonra Avropanın məşhur K-Pop DJ-lərindən biri DJ ChaChaGirls unikal setləri ilə AFTERPARTY-də iştirak edəcək. Dinamik ritmlər və K-Pop hiti olan mahnılar gecənin tempini yüksəldəcək və tədbirə unikal atmosfer qatacaq.
Rəqs və enerji dolu bu unudulmaz K-Pop gecəsini qaçırmayın! Biletlər iTicket.az veb-saytından əldə edə bilərsiniz.
Fatimə Kərimli