GECF: Azərbaycanın dünya neft-qaz sahəsinin inkişafında rolu böyükdür

GECF: Azərbaycanın dünya neft-qaz sahəsinin inkişafında rolu böyükdür

Azərbaycanın dünya neft-qaz sahəsinin inkişafında olan rolu çox böyükdür. Bu barədə Qaz İxrac Edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum – GECF) baş katibi Yuri Sentyurin 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransında bildirib. Bu haqda 24media.az Ona.az-a istinadən xəbər verir.

Onun sözlərinə görə, neft və qaz sektorunda edilən bir çox yeniliklər məhz Azərbaycanda həyata keçirilib.

Hazırda Azərbaycan qaz hasilatının və ixracatının artırılması sahəsində böyük işlər aparır. Bu işlər "Şahdəniz" yatağının işlənilməsi ilə birbaşa bağlıdır.