Polşa prezidenti sabah Azərbaycana rəsmi səfər edəcək

Polşa prezidenti sabah Azərbaycana rəsmi səfər edəcək

Polşa prezidenti Anjey Duda mayın 30-da Azərbaycana rəsmi səfər edəcək.

24media.az -ın ONA-ya istinadən verdiyi məlumata görə, mayın 31-də rəsmi görüşlər olacaq.

Anjey Duda Polşa-Azərbaycan biznes forumuna da qatılacaq. Səfər çərçivəsində bir sıra sənədlərin imzalanması gözlənilir.

Qeyd edək ki, səfər mayın 31-də başa çatacaq.