1000 ailənin qida ehtiyacını onlar qarşılayacaq -SİYAHI

1000 ailənin qida ehtiyacını onlar qarşılayacaq -SİYAHI

Türkiyənin məşhur rok ifaçısı Haluk Leventin sahibi olduğu xeyriyyə təşkilatı COVİD-19 pandemiyası səbəbindən böyük kampaniyaya start verib. 

24 Media xəbər verir ki, “Birlik günləri” adlı layihənin məqsədi məşhur sənətçilərin problemləri olan ailələrin qida xərclərini öz üzərlərinə  götürməsindən ibarətdir. 

Sosial aksiyaya kifayət qədər populyar sima qoşulub. Haluk Leventin "Twitter"də açıqlamasına əsasən, Murat Boz 1000, futbolçu Caner Erkin 1000, Hakan Balta 706, Seda Sayan 360, Aras Bulut İynemli 100, Hande Yener 100, Gülben Ergen 50, Can Yaman 50, Onur Saylak 20, Derya Uluğ 30 ailənin iki aylıq bütün qida ehtiyaclarını öz üzərinə götürüb.