Ərdoğan Berdiməhəmmədovla regional məsələlərdən danışıb

Ərdoğan Berdiməhəmmədovla regional məsələlərdən danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla telefonla danışıb.

24Media Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən xəbər verir ki, telefon söhbətində iki ölkə arasındakı əlaqələri və əməkdaşlığı gücləndirəcək məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Liderlər, həmçinin regional məsələləri də müzakirə edib.