Ərdoğan Azərbaycan xalqını təbrik etdi

Ərdoğan Azərbaycan xalqını təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

24Media xəbər verir ki, bu barədə R.T.Ərdoğan öz "Twitter" hesabında yazıb.

"Azərbaycan Cumhuriyyətinin yaranmasının 102-ci ildönümünü səmimi arzularımla təbrik edir, Prezident İlham Əliyev qardaşım başda olmaqla, bütün Azərbaycan xalqına öz adımdan və millətim adından salamlarımı və sevgilərimi çatdırıram", - təbrikdə bildirilib.