Dostoyevskinin məşhur sözləri

#dostoyevski #kitab

Dostoyevskinin məşhur sözləri
Dostoyevskinin məşhur sözləri
Dostoyevskinin məşhur sözləri

Fyodor Mixayloviç Dostoyevski üsyankar, dünyaya nifrət edən biri, hər kəsə və hər şeyə qarşı şübhə ilə yanaşan, ağıllanmaq bilməyən bir qumarbaz idi. Lakin çox az rast gəlinən bir ədəbiyyat dahisi olduğu da inkar edilə bilməz. 

24media.az Dostoyevskinin məhşur sözlərini təqdim edir:

Xoşbəxtlik xoşbəxt olmaq demək deyil; əksinə, buna nail olmaq prosesidir.

Xoşbəxt olmağın iki yolu var: ya istəklərinizi azaldın, ya da imkanlarınızdan sonuna qədər istifadə edin.

Asanlıqla xoşbəxtlik olmaz. Xoşbəxtlik əziyyətlə əldə edilir. İnsanlar həyata xoşbəxt olmaq üçün gəlməmişdir.

Bir çox insan xoşbəxt olduğunu bilmədiyi üçün bədbəxtdir.

Bilin ki, xoşbəxt sonluq yoxdur. Çünki bir şeydə son varsa, xoşbəxtlik yoxdur!

Uşaqlar istənilən insanın ruhunu sağalda bilər.

Həyatın mənasını axtarmaqdan çox sevmək lazımdır.

Yetkinlər bir uşağın son dərəcə vacib bir məsləhət verə biləcəyini bilmirlər.

İnsanın ən böyük səhvlərindən biri başqalarına qarşı gülünc olmaqdan qorxmasıdır.

Böyük ağlı və həssas qəlbi olan insanlar üçün izdirab çəkmək həmişə qaçılmazdır.

Ağıl xaindir və hər şeyi doğruldacaq!

Cəhənnəm insanın ürəyində sevginin bittiyi yerdir.

Cinayətlərdə ən incə ustalıqları göstərənlərin çox zaman ən mədəni insanlar olduğuna diqqət etmisiniz?

İnsan həmişə sevincləri deyil, baş verən fəlakətləri sayır. Əgər saysaydı, dünyanın ona kifayət qədər xoşbəxtlik verdiyini bilərdi.

Hər bədbəxtliyin arxasında yenə yaşam gözləyir. Lakin yaşaya bilməmək insana məxsus bir bacarıqsızlıqdır. Yoxsa hansı balıq özünü boğmuş və ya hansı sərçə özünü damdan atmışdır?!

Bəzi insanlar təbəssümləri ilə özlərini biruzə verirlər və birdən-birə onun daxili üzünü başa düşürsən. Şübhəsiz ki, ağıllı bir təbəssüm bəzən iyrənc olur, ilk növbədə yaxşı görmək üçün səmimi olmalısan.

İnsanların axmaq deyilsə də, dəhşətli nankor olduqlarını bildirməliyəm. Bəli, tayı tapılmaz nankordurlar. Düşünürəm ki, insanı iki ayaqlı nankor məxluq kimi təsvir edə bilərik.