Xuanfran "Atletiko Madrid"dən getdi

Xuanfran

La Liqa klublarından olan “Atletiko Madrid”də Lukas Hernandez və Diyeqo Qodindən sonra Xuanfran Tores ilə də yollar ayrılıb. “Atletiko Madrid”in 2010-cu ildən indiyədək son 9 mövsümdür ki, heyətində olan əməkdar futbolçu Xuanfran üçün Vanda Metropalitano stadionunda vida mərasimi keçirilib.
34 yaşındakı ispan futbolçu deyib: “Karyeramın ən yaxşı dönəmini burada yaşadım, çox gözəl illər idi. Böyük uğurlar əldə etdik və eyni zamanda çox çətin anlar da yaşadıq. Hər kəsə təşəkkürlər”.
“Atletiko Madrid” rəhbərliyinin müqaviləni yeniləmə təklifini qəbul etməyən Xuanfran hansı komandaya gedəcəyi ilə bağlı hələ ki, hər hansı bir açıqlama verməyib.

Qeyd edək ki, Xuanfran “Atletiko”nun heyətində oynadığı müddətdə 1 liqa çempionluğu, 1 kral kuboku, 2 UEFA Avropa liqası, 2 Avropa super kuboku və 1 İspaniya super kubokunu qazanıb.