Türkiyə Superliqası : “Kasımpaşa” - “Konyaspor” matçında qalib müəyyənləşməyib

Türkiyə Superliqası : “Kasımpaşa” - “Konyaspor” matçında qalib müəyyənləşməyib

Bakı, 18 may, 24media.az
Mayın 17-də futbol üzrə Türkiyə Superliqasının XXXIII turunun ilk görüşündə “Kasımpaşa” öz meydanında “Konyaspor”u qəbul edib.
24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Rəcəb Tayyib Ərdoğan” stadionunda keçirilən görüş gərgin hücumlarla yadda qalıb. Oyunda hesabı 25-ci dəqiqədə “Konyaspor”un futbolçusu Ömər Əli Şahiner açıb. Görüşün ilk hissəsi qonaqların üstünlüyü ilə başa çatıb - 0:1.
İkinci hissəyə hücumlarla başlayan meydan sahibləri 56-cı dəqiqədə hesaba tarazlıq gətiriblər. “Kasımpaşa”nın qoluna müdafiəçi Ben Yussef imza atıb – 1:1. Oyun elə bu hesabla başa çatıb.
Turun digər oyunlarında isə aşağıdakı komandalar qarşılaşacaq:
“Qalatasaray” - “Başakşəhər”
“Trabzonspor” - “Beşiktaş”
“Antalyaspor” - “Yeni Malatyaspor”
“Akhisarspor” - “Kayserispor”
“Bursaspor” - “Göztəpə”
“Alanyaspor” - “Rizəspor”
“Ərzurumspor” - “Fənərbağça”
“Ankaragücü” - “Sivasspor”.