Çayın dəriyə faydası varmı? Çay maskası necə hazırlanır?

Çayın dəriyə faydası varmı? Çay maskası necə hazırlanır?

Ölkəmizdə səhər yeməklərinin, axşam yeməyinin sonrasında ən çox tələb olunan qara çayın bədənə olduğu kimi, üz dərisinə də faydalı oldugunu bilirdiniz?

Milyonlarla insanın sevərək qəbul etdiyi qara çayın faydalarını 24media.az xarici mətbuata istinadən sizinlə bölüşür.

İllərdir müalicə edilməyə çalışılan göz altı qaralmalarıdan tutmuş, dəri ləkələrinə qədər bir çox dəri  problemini aradan qaldıran çayın faydaları:

Ölkəmizdə sevilərək tükədildiyi üçün mütəxəssislərin tez-tez araşdırma mövzusu olan qara çayın inanılmaz dərəcədə faydalı olduğu ortaya çıxdı. Xüsusilə dəri xəstələri və məsamələrlə başı dərddə olanların mütləq bilməli olduqları faydaları sizin üçün topladıq.

Çay "peeling" üsulu ilə üz dərisinə tətbiq edildikdə həm ölü dəriləri təmizləyir, həm də dərinin sağlam görünməsinə kömək edir. Mütəxəssislər üz dərisinə həftədə bir, və ya ayda bir dəfə mütləq "peeling" edilməsini məsləhət görürlər. Çünki "peeling" ölü dəriləri və kirləri və məsamələri təmizləyən ən təsirli yollardan biridir. Çayın içərisində yer alan B2, C və E vitaminləri sayəsində təsirli bir "peeling" maddəsi hazırlanır. Çayla edilən "peeling"  ilə üz dərisində olan ləkələr və qara nöqtələr az bir vaxtda təmizlənəcəkdir.

Tərkibi:

1 yemək qaşığı qara çay

1 stəkan isti su

1 yemək qaşığı təmiz bal

1 çay qaşığı limon suyu

Hazırlanma qaydası:

Əvvəlcə çayın üzərinə isti suyu tökün və 2 dəqiqə dəmlənməsini gözləyin. Ardından süzüb çayın yerdə qalan toxumlarını bir qaba qoyun. Üzərinə limon və balı əlavə edin. Hazırlanan qarışımı gözlərə diqqət edərək bütün üz dərisinə tətbiq edin. 5 dəqiqə gözlətdikdən sonra dairəvi hərəkətlərlə təmizləyin.

Çayla edilən maskalarla üz dərisinə günəşdən gələn zərərli işıqlardan yaranan ləkələri yox edə bilərsiniz. Bu maska üz dərisindəki ləkələri yox etməklə yanaşı, eyni zamanda məsamələri də sıxlaşdırır.

Diqqət: bala allergiyası olanlar bu maskadan istifadə etməsinlər.

 

Aytac Şahbəndiyeva