Ancelina Coli və Bred Pitt barışdılar

Ancelina Coli və Bred Pitt barışdılar

24media.az Entertainment Tonight-a istinadən xəbər verir ki, Ancelina Coli və Bred Pitt nəhayət ki, barışıblar.


Məşhurlar öz aralarında yaranmış narazılığı unutmağa və 6 uşağın tərbiyəsi ilə birgə məşğul olmağa qərar veriblər. Məşhurların uşaqları onlar boşandıqdan sonra Bred Pitt ilə həftədə bir neçə dəfə görüşürdülər.
“Onlar hər ikisi anladılar ki, irəli getməlidirlər. Daha drama son qoyulub. Bütün fırtına buludları dağılıb.”, - deyə, cütlüyün yaxınları bildirib.


Ancelina Coli 2016-cı ilin sentyabr ayında ayrılmaq üçün ərizə verib. Buna səbəb kimi, Ancelina Bred Pittin sərxoş vəziyyətdə böyük oğlu Meddoksu vurmasını göstərib. Daha sonra bu xəbər inkar edilmişdi.


2019-cu ilin aprel ayında cütlüyün boşanma prosesi rəsmi şəkildə başa çatıb. Ayrıldıqdan sonra Ancelina Coli Pitt soyadını dəyişərək yenidən Coli soyadını qəbul edib. Aprel ayında Ancelinanın 5 uşağını mirasdan məhrum etmək haqqında düşündüyü və 116 milyon dəyərində olan mirasını yalnız böyük oğlu Meddoksa vəsiyyət edəcəyi haqqında məlumat yayılmışdı. Bu xəbəri eşidən Bred Pitt qəzəblənib. O, bunu keçmiş arvadının onu incitmək üçün etdiyini bildirib.