Ac qarnına su içməyin faydaları

Ac qarnına su içməyin faydaları

Gün ərzində 1-4 stəkan arası su içmək bədənimiz üçün çox faydalıdır. Bəs ac qarnına su içmək bizə nə qazandırır? Bədənimizin çox hissəsi sudan ibarətdir. Sümüklərimizin 22%-i, beynimizin 90%-ı su təşkil edir.

1.  Səhər yeməyindən öncə bir, və ya iki stəkan su içmək bədənimizdə olan artıq məddələrdən xilas olmağa kömək edir. Hər günün başlanğıcında içilən su maddələr mübadiləsini sürətləndirir, xəstəliklərdən qorunmağa kömək edir.

2. Ac qarnına bir, və ya bir neçə stəkan su içmək siqaret, spirtli içki qəbulu zamanı bədənimizdə yığılan zərərli maddələrdən xilas olmağa kömək edir.


3. Su dərinin sağlamlığı üçün də vacibdir. Ac qarnına qəbul edilən iki stəkan su dərinin qorunmasına kömək edər və tez qırışmasının qarşısını alar.
 
4. Səhər saatlarında su içmək orqanların suya olan ehtiyaclarını qarşılayar və  sağlam fəaliyyətinə kömək edər.


5. Ac qarnına 2-3 stəkan su içmək artıq çəkidən xilas olmağa kömək edər. Su, aclıq hissini basdırar, çox yeməyin qarşısını alar.

6. Ac qarnına bir stəkan ilıq su içmək günə enerjili başlamağa səbəb olar. Su yorğunluq hissindən xilas olmağa kömək edər.

7. Səhər yeməyindən öncə içilən su bağırsaqları canlandırırar və qəbzliyin qarşısını almağa kömək edər.

 

Semra Ələkbərli