Elina Hacıyevanın hüquqi varisinin nümayəndələri direktora ağır cəza verilməsini istəyiblər

Elina Hacıyevanın hüquqi varisinin nümayəndələri direktora ağır cəza verilməsini istəyiblər

Səbail rayon Məhkəməsində Elina Hacıyevanın ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi davam etdirilib.

APA-ya istinadən 24 medianın paylaşdığı məlumata görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Elina Hacıyevanın hüquqi varisinin nümayəndələri Sevinc Əliyeva, Emin İsayev çıxış ediblər. Onlar təqsirləndirilən şəxsə daha ağır cəza verilməsini istəyiblər.

Proses oktyabrın 24-ə təyin edilib.