“Nəsimi ili” ilə əlaqədar “2 cahan” adlı intellektual bilik yarışına start verilir

“Nəsimi ili” ilə əlaqədar “2 cahan” adlı intellektual bilik yarışına start verilir

“Nəsimi ili” ilə əlaqədar Azərbaydan Respublikası Dövlət Miqrasiya Xidməti, "Miqrasiya Könüllüsü” İctimai Birliyi və Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə Miqrasiya Könüllülərinin “2 cahan” adlı intellektual bilik yarışına start verilir.

24media.az Trend-ə istinadən xəbər verir ki, gənclər arasında Xəmsə formatında həyata keçiriləcək oyunun ərsəyə gəlməsində məqsəd gəncləri intellektual hərəkata cəlb edərək onların potensiallarının qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan yaratmaq, bilik səviyyələrini daha da inkişaf etdirmək, asudə vaxtlarının səmərəli təşkil olunmasını təmin etməkdir.

“2 Cahan” adlanan oyunda komandalara müxtəlif mövzularda suallar təqdim olunacaq. İlk 3 yeri tutacaq qalib və mükafatçılar sertifikat, o cümlədən hədiyyələrlə təltif olunacaqlar.

Yarışlara 26 oktyabr 2019-cu il, saat 10:30-da Bakı Gənclər Mərkəzində start veriləcək.