Ərdoğan Pakistana səfərini təxirə salıb

Ərdoğan Pakistana səfərini təxirə salıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistana edəcəyi rəsmi səfərini təxirə salıb. Bu barədə 24media.az "SAMAA"-ya istinadən xəbər verir.

Səfərin təxirə salınması qərarı Ərdoğan və Pakistanın baş naziri İmran Xan arasında baş tutan telefon danışığından sonra verilib. Səbəbi bildirilməsə də, güman olunur ki, Türkiyə prezidenti səfərindən məhz Suriya ilə bağlı məsələlərə görə imtina edib. 

Qeyd edək ki, İmran Xanın dəvəti ilə oktyabrın 23-də Ərdoğanın İslamabada getməsi gözlənilirdi.