Qonşusunu öldürüb meyitini doğradı, qalıqları 5 kisəyə yığdı

Qonşusunu öldürüb meyitini doğradı, qalıqları 5 kisəyə yığdı

Rusiyanın Sankt-Peterburq şəhərinə 39 yaşlı şəhər sakininin qətlində şübhəli bilinən qonşusu, 41 yaşlı qadın saxlanılıb.

Trend-ə istinadən paylaşdığımız məlumata görə, öldürülən şəxsin meyiti doğranaraq qalıqları 5 kisəyə yığılıb. Kisələr evin yaxınlığındakı zibillikdən tapılıb.

İşsiz qadın Anastasiya X.-nın qonşusunu tamah məqsədilə öldürdüyü ehtimal edilir.

Yerli KİV qətlə yetirilən şəxsin mənzilində yaşayan iki şəxsin hadisədən sonra yoxa çıxdığını yazır