Sumqayıtda piyadanı vurub öldürən sürücü axtarışa verilib

Sumqayıtda piyadanı vurub öldürən sürücü axtarışa verilib

Oktyabrın 14-də saat 20 radələrində Sumqayıt şəhərinin Stansiya Sumqayıt qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Ramazan Quliyev vurulub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.