Bəhreyn millisi ilə oyunda Azərbaycan yığması hesabda önə çıxıb

Bəhreyn millisi ilə oyunda Azərbaycan yığması hesabda önə çıxıb

Futbol üzrə Bəhreyn və Azərbaycan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyunu davam edir.

24media.az xəbər verir ki, ikinci hissəyə daha fəal başlayan millimiz matçın 62-ci dəqiqəsində Təmkin Xəlilzadənin qolu ilə hesabda önə çıxıb. Beş dəqiqə sonra Ahmed Mubarak hesabı bərabərləşdirib. Matçın 70-ci dəqiqəsində Ramil Şeydayev komandamızın üçüncü topunu rəqib qapısından keçirib - 3:2.

Hazırda oyunun ikinci hissəsi davam edir.

Azərbaycan və Bəhreyn milliləri üçüncü dəfə üz-üzə gələcəklər. İlk dəfə 2008-ci il oktyabrın 15-də Manamada keçirilən matçda Azərbaycan yığması 2:1, 2012-ci il avqustun 15-də Bakıda oynanılan qarşılaşmada isə 3:0 hesabı ilə qalib gəlib.