Sabiq baş həkimə hökm oxunub

Sabiq baş həkimə hökm oxunub

Mingəçevir Təxirəsalınmaz və Təcilli Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Kosayev Tacəddin Vahid oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

24media.az APA-ya istinadən xəbər verir ki, Mingəçevir şəhər Məhkəməsində hakim Ələkbər Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, T. Kosayev 2 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, T. Kosayev Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə ittiham olunub. 
Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.