Bu ölkələrdə 1 dollar ilə...

Bu ölkələrdə 1 dollar ilə...

Pul hər kəs üçün fərqli anlam daşıyır. Bəzilərimiz xoşbəxtliyi pulda görsək də, bəzilərimiz önəm vermədiyimizi söyləyirik. Lakin bir gerçək var ki, pul yaşadığımız zamanda bir çox bağlı qapıların açarıdır. Necə deyərlər, “pul əl çirki olsa da, çox şeyi həll edir”.

Dünyada 200-dən artıq rəsmi pul vahidi var. Bütün ölkələrin valyuta dəyərləri onların iqtisadi gücündən asılıdır. Sözsüz ki, ölkədə baş verən siyasi və iqtisadi dəyişikliklər həmin ölkənin pul vahidinə öz təsirini göstərir. Bəs dünyada ən dəyərsiz pul vahidləri hansılardır?

Bu məqalədə sizə dünyanın ən dəyərsiz pul vahidlərini və həmin ölkələrdə 1 dollar ilə nələr ala biləcəyinizi təqdim edirik:

4. İndoneziya Rupisi (İDR)

Image result for indoneziya rupisi

İndoneziya cənub-şərqi Asiyada iqtisadi cəhətdən sabit və inkişaf etmiş bir ölkə olsa da, valyutalarının dəyəri minimaldır. Ölkənin inzibati orqanları milli valyutanın möhkəmlənməsi üçün bütün tədbirləri görür, lakin bunlar sadəcə mənasız dəyişikliklərə səbəb olur. Bildiyimiz kimi, Hindistanın pul vahidi də rupidir. İndoneziya rupisi isə tamamilə fərqli və özünəməxsusdur. Burada 1 dollar 14191 İDR-ə bərabərdir. Ölkədə 1 dollarla kapuçino və “McDonalds” menyusu ala bilərsiniz.

3. Vyetnam Donqu (VND)

Image result for vyetnam donqu

Vyetnam da ən ucuz ölkələr siyahısındadır. Donq 3 may 1978-ci ildən etibarən Vyetnamın pul vahididir. Ölkədə 1 dollar 23199 donq dəyərindədir. Burda 1 dollar ilə 1 kq toyuq əti, 1 çizburger ala və ya restoranda yemək sifariş verə bilərsiniz.

2. Sao Tome Dobrası (STD)

Image result for sao tome dobrası

Sao Tome Afrika qitəsində yerləşən ölkələrdən biridir. Dobra 1977-ci ildən bəri bu ölkədə istifadə olunan rəsmi pul vahididir. Burada 1 dollar 22377 dobradır. Bu pul vahidi ölkədə dəyərsiz olsa da, dollar ilə çox sərfəli alış-veriş etmək mümkün deyil. Məsələn, 1 dollar ilə 2 kilo banan və ya 2 litr süd almaq mümkündür.

1.İran Realı (İRR)

Image result for irAN REALI

İran İslam Respublikasının pul vahidi dünyanın ən dəyərsiz pul vahidləri sırasındadır. İran realı 22- 26 sentyabr tarixləri arasında dollar qarşısında öz dəyərini təxminən 30% itirib. Bu ölkədə 1 dollar 42083 reala bərabərdir. İranda siz 1 dollar ilə 1 kilo bal, 5 kilo kartof, 5 litr süd və yarım kilo dana əti ala bilərsiniz.

Ümid ZEYNALZADƏ