Dünya şöhrətli generala qarşı sui-qəsd planı baş tutmayıb

Dünya şöhrətli generala qarşı sui-qəsd planı baş tutmayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat bölməsi (SEPAH) dünya şöhrətli strategiyaçı, həmçinin İraq və Suriyada İŞİD əleyhinə əməliyyatlara rəhbərlik edən general Qasim Süleymaniyə qarşı hazırlanan sui-qəsd planını çökdürüb. Bu barədə 24media.az "PressTv"-yə istinadən xəbər verir. SEPAH kəşfiyyatının başçısı Hüseyn Taib bildirib ki, İsrail və ərəb xüsusi xidmət orqanları tərəfindən idarə olunan bu planda, bir qrup terrorçu İranın Kirman şəhərinə daxil olub generalı qətlə yetirmək məqsədi güdürmüş.

Terrorçular Süleymaniyə məxsus Hüseyniyyə(dini mərasimlər keçirilən yer) yaxınlığında 300-350 kiloqramlıq partlayış yerləşdirərək əzadarlıq mərasimləri zamanı terror aktı törədib əfsanəvi generalı öldürmək istəyirmiş.

Həbs edildikdən sonra onlar sözügedən generalı öldürmək istədiklərini etiraf ediblər.

Qeyd edək ki, general Qasim Süleymani İraq və Suriyada İŞİD əleyhinə mühüm əməliyyatlara başçılıq edib.