UEFA Çempionlar Liqasının ikinci turunun ən yaxşı oyunçusu adına iddialı namizədlər

UEFA Çempionlar Liqasının ikinci turunun ən yaxşı oyunçusu adına iddialı namizədlər

Oktyabrın 3-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ikinci turunun ən yaxşı oyunçusu olmaq uğrunda iddialı namizədlərin adları açıqlanıb.

24media.az AZƏRTAC-a istinadla xəbər verir ki, qrup mərhələsinin ikinci turunun qarşılaşmalarında apardıqları mübarizəyə görə həftənin ən yaxşı futbolçusu adına Serj Qnabri (“Bavariya”, Almaniya), Luis Suares (“Barselona”, İspaniya), Əşrəf Hakimi (“Borussiya”, Almaniya) və Emanuel Bonaventure (“Brügge”, Belçika) iddialıdır.