Qazaxıstan Belarusa neft ixrac edəcək

Qazaxıstan Belarusa neft ixrac edəcək

Qazaxıstan hökuməti Belarusa neft ixracına başlamağa qərar verib.

24media.az-ın Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın Energetika nazirinin müavini Aset Maqauqov bildirib. Nazir müavini qeyd edib ki, iki ölkə arasında müqavilənin bağlanması il sonuna qədər başa çata bilər.

Qeyd edək ki, Qazaxıstan və Belarus Avrasiya İqtisadi Birliyinin müttəfiq dövlətləridir.