Elmə sübut olunmuş 10 ən rahatlıq gətirən musiqi

Elmə sübut olunmuş 10 ən rahatlıq gətirən musiqi

Musiqinin insan sağlamlığına şəfaverici təsirini insanlar çox qədimdən müşahidə etməyə başlamışdılar. Bizim yaşadığımız dövrdə də musiqi  insanların sağlamlığının keşiyində duran, dinlənilə bilən məlhəmdir. 

24media.az xəbər verir ki, alimlər araşdırmalar nəticəsində musiqinin sakitlik və rahatlıq gətirən tərəflərini sübut edə biliblər.

Mindlab İnternational-ın alimlərinə görə, Marconi Union "Weightless" ( "Çəkisiz") musiqisi dinləyicilərin 65%-nin  stressini azaldır. Mahnının yaradıcıları ürək döyüntülərini yavaşladacaq, nəfəs alış-verişlərini dərinləşdirəcək, nəticədə, qanda kortizolun səviyyəsini aşağı salacaq qədər rahatladıcı musiqi yaratmaq üçün bir sıra ekspertlərlə əməkdaşlıq ediblər. Dr. David Lewis-Hodgson bu mövzunu araşdırarkən  müşahidə edib ki, fərdlər mahnını dinləyərkən asanlıqla yuxuya gedə bilirlər, buna görə də, mahnını evdən kənarda dinləmək tövsiyə olunmur. 

Aşağıda bu araşdırmalara əsasən, ən rahatlıq gətirən 10 musiqi sıralanıb:

10. "We can fly"- Rue du Soleil

9. "Conzonetta Sull'aria" – Mozart

8. "Someone like you" – Adele  

7. "Pure Shores" - All Saints

6. "Please Don't Go" - Barcelona 

5. "Strawberry Swing" - Coldplay                                                                                           

4. "Watermark" -Enya                                                                                                     

3. "Mellomaniac (Chill out mix)-Dj Shah                                                                                 

2. "Electra" - Airstream                                                                                                           

1. "Weightless" -Marconi Union

 

Əsmər BAĞIROVA