“Apple” ilk dəfə “YouTube”da yeni qurğularının təqdimatını edəcək

“Apple” ilk dəfə “YouTube”da yeni qurğularının təqdimatını edəcək

“Apple” ilk dəfə “YouTube”da yeni “iPhone” və digər qurğularının təqdimatını yayımlayacaq. 

24media.az xəbər verir ki, təqdimat 10 sentyabr 2019-cu il tarixinə planlaşdırılır.

Qeyd edək ki, bundan əvvəl “Apple”ın təqdimatını canlı yayımla yalnız “Safari” və “Edge” brauzerindəki şirkətin veb saytında, 2018-ci ildən isə “Chrome” və “Firefox”da izləmək mümkün idi. Həmçinin 2018-ci ildə şirkət öz tədbirlərini “Twitter”də də yayımlamağa başlayıb.