Ağsuda səkkiz ayda heyvandarlıq məhsulları istehsalında artım olub

Ağsuda səkkiz ayda heyvandarlıq məhsulları istehsalında artım olub

Ağsu rayonunun heyvandarları cari ilin ötən 8 ayını uğurla başa vurublar. Kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda intensiv artım davam edib, bütün sahələr üzrə məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Bu haqda 24media.az AZƏRTAC-a istnadən xəbər verir.

Rayon statistika idarəsindən bildirilib ki, 8 ayda ət istehsalı 12 ton artaraq 3340 tona çatıb. Bu müddətdə 18 min 966 ton süd, 7 milyon 801 min ədəd yumurta, 310 ton yun istehsal olunub və artım müvafiq olaraq 75 ton, 214 min ədəd və 2 ton təşkil edib.