Myanmada 5,5 bal gücündə zəlzələ olub

Myanmada 5,5 bal gücündə zəlzələ olub

Myanmanın mərkəzində 5,5 bal gücündə zəlzələ baş verib.

24media.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Yeraltı təkanlar UTC vaxtı ilə saat 15:09-da qeydə alınıb. Zəlzələnin episentri Şuebo şəhərindən 26 kilometr şimal-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Mümkün tələfat və dağıntı barədə məlumat verilməyib.