Seçim sizindir

Seçim sizindir

Hamımızın inandığı şeylər var. Sahib olmaq istədiyimiz nailiyyətlər, bir gün keçəcəyinə inandığımız problemlər. Bəlkə, ailəmizi yenidən birlikdə görmək. Arıqlamaq, hər hansı bir vərdişdən qurtulmaq,  öz işimizi qurmaq..

Amma zaman keçdikcə, aylar, illər bir-birini əvəz etdikcə heç bir şeyin dəyişmədiyini görərik. Əlbəttə, cəsarətimizin qırılması və bunu düşünməyimiz çox asandır: "Bu, heç vaxt olmayacaq, bununla yaşamağa öyrəşməliyəm". Hamımız xəyal qırıqlıqları və itkilər yaşayarıq. Kədər həyatın bir parçasıdır. Cəsarətimizin qırılmağı, hətta daha acınacaqlı bir vəziyyətə gəlib bunu deməyimiz belə asandır: "Niyə, bunlar mənim başıma gəlir?". Bəzən həyatımızda heç bir məna ifadə etməyən parçalara baxarıq. Vacib olan isə bizim kədərli və çıxılmaz vəziyyətimizdə nə etdiyimizdir. Kədər bizi dəyişdirəcək. Xəyal qırıqlıqları, büdrəmələr və s. onlar bizi olduğumuz kimi qalmağımıza əngəl törədən amillərdəndir. Hər kədərli vaxt sən bəyənməsən belə, içindəki bir şeyi inkişaf etdirər. Nəhayət, bu da keçəcək. Öhdəsindən gələcəksən, amma fərqli olacaqsan. Bu çətin zamanlarda, narahat ikən, xəstə ikən, bir itki yaşayarkən, onun səni asanlıqla məhv etməsinə imkan verəcəksən.  Ancaq indi kədərli anlarının səni necə dəyişdirəcəyi isə tamamilə sənə bağlıdır. Daha acınacaqlı vəziyyətə gələ bilərsən, ya da daha yaxşı bir hala gələ bilərsən. Məğlub edilmiş, xəyallarından əl çəkmiş bir hala gələ bilərsən. Ya da yeni bir atəş ilə qarşındakı yeni fürsətləri daha həyəcanlı bir hala gətirə bilərsən. Buna görə də, heç vaxt kədərli anlarınızdan şikayət etməyin. Çünki, o çıxılmaz vəziyyətlərimiz olmadan əslində, kim olduğumuzu tamamilə dərk edə bilmərik.