İtlərin intiharına səbəb olan lənətlənmiş körpü

İtlərin intiharına səbəb olan lənətlənmiş körpü

Şotlandiyadakı Overtoun körpüsü bəlkə də ən kədərli yerlərdən biridir. Körpü it intiharları ilə pis nüfuza sahibdir. Overtoun Körpüsünə gələn çox sayda it metrlərlə yüksəklikdən aşağı tullanır. İtlərin intihar etməsinin səbəbi isə məlum deyil.

Daha da maraqlısı budur ki, ilk dəfədən ölməyən itlər körpüyə qalxaraq yenidən intihara cəhd edirlər. Alimlər Overtoun Körpüsünün sirrini açmağa çalışsalar da, konkret bir sübut tapmayıblar.

Elmi izahı olmayan intihar hadisələrinin kökündə nə dayanır? 1994-cü ildə bir kişi oğlunu körpüdən ataraq öldürdü və iddia etdi ki, oğlu Dəccaldır. Bəziləri it intiharlarının bu hekayə ilə əlaqəli olduğunu düşünürlər.