Sevilməyə dəyər insanlar

Sevilməyə dəyər insanlar

"Həyatımızda var olan insanları seçə bilmərik, lakin həmin insanların  həyatımızda hansı mövqedə iştirak etməsi barədə seçimlər etmək öz əlimizdədir."

Bəzən heç münasibətdə olmadığın, sadəcə üzdən tanıdığın bir insan gün gələr, sənin üçün elə bir əhəmiyyət kəsb edər ki, özün belə hadisələrin irəliləmə sürətinin içində itib-batarsan. Həmin insan gəlişiylə səni olmadığın bir “sən”ə çevirər. Bir anda son zamanlarda yaşadığımız bütün xoşbəxtliklərimizin, gülüşlərimizin hər birinin səbəbkarı həmin insan olar. Qəlbinizin ən dərin yerində özünə isti bir yuva qurar və heç getməyəcəkmiş kimi orda məskən salar. Siz də qəlbinizin ən dərin yerində bütün sevginizi verərsiniz həmin insana. O insan hər anınızda yanınızda olar. Ən çarəsiz anımızda belə onun isti bir qucağı sizə bütün dərdlərinizi unutduracaqmış kimi gələr. Sevin elə insanları... Qədrini bilin, hər daim yanlarında olun və sevginizi göstərməkdən heç çəkinməyin... 

İnsan sadəcə etdikləri üçün yox, etmədikləri üçün də peşman olar çünki. Yaşadığınız, nəfəs aldığınız hər an sevginizi həmin insanın iliklərinə qədər hiss etdirin. Hərəkətlərinizlə, gülüşlərinizlə, baxışlarınızla...

Həyatınızı rəngbərəng boyayan həmin o insana canınızı fəda edin, amma heç vaxt geriyə addım atmayın. Həyat mübarizə tələb edir. Ancaq boş şeylər üçün yox, məhz belə insanlar üçün... İnanın, inanın ki, belə insanlar üçün mübarizə aparmağa dəyər..