Bakıda DƏHŞƏT: Ana və qızı özlərini...

Bakıda DƏHŞƏT: Ana və qızı özlərini...

  Bakıda intihar hadisəsi baş verib.
  24media.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.
  Ana və qızı yaşadıqları binanın 10-cu mərtəbəsindən özlərini atıb. Nəticədə onların hər ikisi hadisə yerindəcə keçinib.
  İntihar edən ana və qızının şəxsiyyəti məlum olub. Onlar 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə Cümşüd qızı və onun qızı, 1990-cı il təvəllüdlü Allahverdiyeva Xədicə İsmayıl qızıdır. Bildirilir ki, əvvəl ana, sonra isə qızı özünü 10-cu mərtəbədən ataraq intihar edib.
  Qeyd edək ki, intihar edən şəxslər "Respublika" qəzetinin baş redaktorunun müavini İsmayıl Allahverdiyevin həyat yoldaşı və qızıdır.