Alma sirkəsinin saça faydaları

Alma sirkəsinin saça faydaları

Saçların uzanması üçün ən vacib amillərdən biri də saç dərisinin təmiz və sağlam olmasıdır. Alma sirkəsi baş dərisinin məsamələrini dərindən təmizləyən bir maddə olmaqla yanaşı, saçların sürətlə uzanmasına da kömək edir.

Yaponiyada bir qrup alim saç tökülməsi problemi olan kişilərdə araşdırma aparmaqla sirkənin saç uzanmasında təsirli olduğu qənaətinə gəliblər. 

Alma sirkəsi məsamələrin qarşısını alan ölü dəri hüceyrələrini çıxarır. Saç artımını bərpa edir, tökülməni dayandırır və təbii saç baxımını təmin edir

Bədəndə qan dövranı saçların sağlam və güclü olması üçün əsas amillərdəndir. Alma sirkəsi bədəninizə, dərinizə effektiv bir dövriyyə təmin edir.

Alma sirkəsi potassium ilə zəngindir və saç artımında əsas rol oynayır

Saçda alma sirkəsi necə istifadə olunur?

İpək və yumşaq saçlar üçün, bir litr suda bir qaşıq dolusu alma sirkəsini həll edin. Saçınızı yuduqdan sonra bu su ilə durulayın. Təsiri artırmaq üçün yarım qaşıq limon suyu da əlavə edə bilərsiz.