Fransa 9,1 milyard avroluq silah satdı

Fransa 9,1 milyard avroluq silah satdı

Fransa ötən il 9,1 milyard avroluq silah satıb.

24media.az Report-a istinadən xəbər verir ki, bu rəqəm hökumətin parlamentə bu gün təqdim etdiyi illik hesabatda yer alıb.

Sənədə əsasən, Fransanın xarici ölkələrə satdığı silahların sayı 2018-ci ildə 2017-ci ilə nisbətən 30 faiz artıb. Bunlar arasında hər növ silah növü olub və dünyanın bütün qitələrinə satılıb. Silahların 50 faizini Yaxın Şərq, 15 faizini isə Asiya-Sakit okean regionu ölkələri alıb.

Fransanın ən çox silah satdığı ölkə Qətər olub.