Türkiyədə son üç gündə baş verən yol qəzalarında 32 nəfər ölüb

Türkiyədə son üç gündə baş verən yol qəzalarında 32 nəfər ölüb

Türkiyə ictimaiyyəti bütün bayramlarda olduğu kimi, builki Ramazan tətilində də ağır yol-nəqliyyat hadisələrinin baş verməsindən ciddi narahatdır.

Yol polisinin sərt tədbirlərinə və KİV-dəki müraciətlərə baxmayaraq, son üç gündə ölkə ərazisində 83 ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda 32 nəfər ölüb, 233 yaralanıb.

Araşdırmalar göstərir ki, qəzaların əsas səbəbi sürət həddini aşma və sükan arxasında yuxulamadır.