Bakıda ofisdən 200 min manat dəyərində oğurluq olub

Bakıda ofisdən 200 min manat dəyərində oğurluq olub

Bakıda oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin dekabr ayından bu il may ayının 30-dək olan müddətdə rayon ərazisindəki fəaliyyət göstərməyən ofisdən 200 min manat dəyərində müxtəlif əşya, mebel və tikinti materialları oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini Ə. Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.