“Bir kərə yüksələn bayraq bir daha enməz” mövzusunda inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Bir kərə yüksələn bayraq bir daha enməz” mövzusunda inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Xocavənd rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında 28 May – Respublika Günü münasibətilə keçirilən “Bir kərə yüksələn bayraq bir daha enməz” mövzusunda inşa-yazı müsabiqəsinin qalibləri məlum olub. Bu haqda 24media.az AZƏRTAC-a istinadən xəbər verir.

Gənclər və İdman İdarəsinin Təhsil Şöbəsi ilə birgə xocavəndli məcburi köçkünlər üçün Beyləqan rayonu ərazisində salınmış 500 ailəlik qəsəbədə keçirdiyi müsabiqədə ümumtəhsil məktəblərindən seçilmiş şagirdlər iştirak ediblər.

Münsiflər heyətinin qərarına əsasən Nərmin Tağıyeva birinci, Günel Quliyeva ikinci, Sənəm Quliyev üçüncü yerlə layiq görülüb.

Müsabiqənin qalibləri diplomla təltif olunub.