“Tələbədən Tələbəyə-7” layihəsinin iştirakçılarına sertifikatlar verilib

“Tələbədən Tələbəyə-7” layihəsinin iştirakçılarına sertifikatlar verilib
“Tələbədən Tələbəyə-7” layihəsinin iştirakçılarına sertifikatlar verilib
“Tələbədən Tələbəyə-7” layihəsinin iştirakçılarına sertifikatlar verilib

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində həyata keçirilən “Tələbədən Tələbəyə-7” layihəsinin başa çatması münasibətilə tədbir keçirilib. Əvvəlcə dekan, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu qonaqları salamlayaraq layihənin önəmindən bəhs edib, bütün iştirakçıları təbrik edib. Bu barədə 24media.az Bakı Universiteti.az-a istinadən xəbər verir.

Sonra Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli və Radio və televiziya kafedrasının müdiri, professor Allahverdi Məmmədli layihə barədə fikirlərini bölüşüb, tələbələrin inkişafında əhəmiyyətini qeyd edərək tələbə-jurnalistlərə uğurlar arzulayıblar.

Daha sonra  layihənin həyata keçirildiyi müddətdə tələbələrin hazırladıqları yekun materiallar nümayiş olunub.Tədbirin qonaqları - tanınmış jurnalistlər Günay Yelmarqızı, Billurə Aslan və Elman Bakuvi tələbələrin işlərini yüksək qiymətləndiriblər.
Layihənin rəhbəri,  Jurnalistika fakültəsinin Tədris işləri üzrə dekan müavini Könül Niftəliyeva çıxışında artıq 7 mövsümdür davam edən təlimlərdə tələbələrin onlayn xəbərçilik, redaktə, video, montaj, SMM (Sosial Media Meneceri), radio, televiziya və foto jurnalistikası ilə bağlı biliklərə yiyələndiklərini deyib. O, təlimləri peşəkar jurnalistlərin deyil, təcrübəli tələbələrin apardığını xüsusi vurğulayıb. Qeyd edib ki, layihənin koordinatorları da Jurnalistika fakültəsinin 2-ci kurs tələbələri Süleyman Həmidov və Ellada Həsənovadır.

Sonda təlimləri uğurla başa vurmuş iştirakçılara sertifikatlar təqdim edilib.