İranda sənaye şəhərciyində partlayış olub, ölən və yaralananlar var

İranda sənaye şəhərciyində partlayış olub, ölən və yaralananlar var

İranın Çahar-Mahal və Bəxtiyari əyalətinin Bürucin şəhərinin Buldaci sənaye şəhərciyində partlayış baş verib. Bu haqda 24media.az Ona.az-a istinadən xəbər verir.

Partlayış partlayıcı maddələr istehsal edən şirkətdə baş verib. 

Hadisə nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Yaralılardan 4 nəfərin vəziyyəti ağırdır.